Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. Bu uşaqların isə aşkara çıxarılmasında olimpiadalar, fənn müsabiqələri müstəsna rol oynayır. Sevindirici haldır ki, keçirilən olimpiada və bilik yarışlarında rayonumuzu təmşil edən şagirlər də iştirak edirlər. Belə ki, 9 iyun 2025-ci ildə Bakı şəhərində start götürən "Bebras"-informatika və alqoritmik düşüncə olimpiadasında final mərhələsinə yüksələn Culfa şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Qasımov Murad Elnur oğlu finalda da yüksək nəticə göstərərək ölkə üzrə II yerin qalibi olub.