
Culfa Rayon Mədəniyyət Sarayında “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti intellektual yarış – “İntellekt Çempionatı”nın Culfa mərhələsi keçirilib. Gərgin və maraqlı keçən yarışda rayon üzrə seçilmiş 5 komanda iştirak edib. “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan intellektual bilik yarışında iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual təqdim olunub. Yarışın sonunda I, II və III yerləri tutan komanda üzvlərinə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Qeyd edək ki, bu cür yarışlar region gənclərinin intellektual inkişafına, eləcə də onların mədəni və ictimai fəallığının artırılmasına mühüm töhfə verir.