
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə icra hakimiyyətinin inzibati binasında “18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür” mövzusunda tədbir keçirilib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydət Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elmar Həsənov açaraq, qeyd edib ki, ölkəmizdə irqindən, dinindən, cinsindən asılı olamayaraq hər kəsin hüquqları ən yüksək səviyyədə dövlət tərəfrindən qorunur. Daha sonra çıxış edənlər mövzu ilə bağlı geniş məlumat veriblər.
Tədbirdə, rayonda fəaliyyət göstərən idarə, təşkilat, müəssisələrin əməkdaşları iştirak ediblər.