
Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yay tətili günlərində boks idman növü ilə məşğul olan bir qrup idmançının Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində muzeyin bələdçisi Aysun Heydərova idmançılara muzeyin tarixi və nümayiş olunan eksponatlar barədə geniş məlumat verib. Gənclər Culfa rayonunun tarixi keçmişi, mədəni irsi və yerli adət-ənənələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, belə tədbirlər gənclərin vətənə bağlılığının artırılması, tarixi biliklərinin zənginləşdirilməsi və vətəndaşlıq məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.