Culfa Rayon Mədəniyyət Sarayında Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, rayon ərazisində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyası üzvlərinin, məktəb direktorlarının, psixoloqların iştirakı ilə "Himayədar ailə modeli, Qeytkiping mexanizmi" və "Təhsildə Sosial iş" layihələrinin muxtar respublikada tətbiqinə dair maarifləndirici söhbət aparılıb.