Həsənovlar ailəsi ziyarət olunub

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə könüllüləri" ilə birgə  "Konstitusiya və Suverenlik İli" çərçivəsində uzunömürlü, nümunəvi ailərlə görüşləri davam etdirirlər. Bu dəfə "Ailələrimizi tanıyaq" layihəsi çərçivəsində Culfa Rayonunun Qazançı kəndində yaşayan Həsənovlar ailəsi ilə evliliklərinin 51 illik yubileyi münasibətilə görüş keçirilib.

Qeyd edək ki, ailənin 3 övladı, 6 nəvəsi var. Ailə başçısı Həsənov Zakir Əli oğlu və onun qayğıkeş həyat yoldaşı Həsənova Tamella Abbas qızı evliliklərinin uzun ömürlü olmasının səbəbini qarşılıqlı hörmətə, sevgi və sədaqətə bağlı olduğunu bildiriblər. 

Həsənovlar ailəsi göstərilən diqqət və qayğıya görə məmnuniyyətlərini ifadə ediblər.