
Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonumuzun Vətən müharibəsi qaziləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi zəfərdən, Azərbaycan əsgərinin göstərdiyi misilsiz şücaətdən və şəhidlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.