
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Aqrar Xidmətlər Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı, Aqrar Sığorta Fondunun Naxçıvan filialının və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə Gülüstan kəndində təsərrüfatçılarla "Kənd təsərrüfatında aqrar sığortanın rolu", "EKTİS-də qeydiyyata alınma" və "Sudan qənaətlə istifadənin yolları, müasir suvarma sistemlərinin tətbiqi, damcı suvarma sisteminin üstünlükləri" mövzusunda təlim keçirilib.