Göydərə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətli hadisələrdən danışıblar. Qeyd olunub ki, həmin gecə dinc əhaliyə qarşı amansız qətliam törədilib. Bu faciənin xalqımızın yaddaşında silinməz iz qoyduğu vurğulanıb. Tədbirin sonunda məktəblilər tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.