
Culfa rayonunda ümumtəhsil məktəblərin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsi keçirilib. Culfa Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkil etdiyi müsabiqədə rayonun 12 məktəbi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən Kırna kənd tam orta məktəbinin komandası 1-ci, Saltaq kənd tam orta məktəbin komandası 2-ci, Bənəniyar kənd tam orta məktəbin komandası isə 3-ü yerin sahibi olublar.
Qeyd edək ki, rayon mərhələsinin qalibi olan Kırna kənd tam orta məktəbin komandası 3 iyunda Naxçıvan şəhərində keçiriləcək Muxtar Respublika mərhələsində Culfa rayonunu təmsil edəcək.