
Energetika naziri Pərviz Şahbazov oktyabrın 10-da Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, və Şərur rayonlarından olan vərəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən "Naxçıvan Enerji" MMC-nin inzibati binasında (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i 598-16-53/54(daxili 1145,1146) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova) , minenergy@minenergy.gov.az elektron ünvanı vasitəsilə müraciət edərək bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış " Qəbula yazılmaq" bölməsi vasitəsilə də müraciət etmək mümkündür.