
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında anım tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə və təşkilat nümayəndələri, eləcə də ictimaiyyət üzvləri iştirak ediblər. Tədbir çərçivəsində Culfa Rayon Mədəniyyət Şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış musiqili-bədii proqram iştirakçılara təqdim olunub.