
Culfa rayonunun Dizə kəndində “myGov” elektron hökumət portalı və mobil tətbiqinin imkanları, eləcə də elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib. Görüş zamanı bir neçə vətəndaşın mobil telefonuna “myGov” tətbiqi yüklənib, onlara tətbiqin funksiyaları, təqdim etdiyi imkanlar və istifadə qaydaları barədə ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsini təşviq etmək, elektron xidmətlərin əlçatanlığını artırmaq və əhalinin bu sahədə məlumatlılığını yüksəltməkdir.