Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Culfa şəhərində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu keçirilib. 150 nəfərdən çox sakinin iştirak etdiyi görüşdə səlahiyyətli nümayəndə sakinlərlə, eləcə də şəhid ailələri və qazilərlə fərdi söhbət aparıb, onların problem və təkliflərini dinləyib. Müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.