Culfada heyvandarlıq və arıçılığın inkişafı ilə bağlı tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan iqtisadi rayonu üzrə koordinatorluğunun birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən sahibkar və fermerlərin iştirakı ilə “Heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin Culfa Rayon şöbəsinin, Aqrar Sığorta Fondunun, “Bank Respublika” ASC-nin və “AccessBank” ASC-nin əməkdaşları iştirak ediblər. Görüşdə heyvandarlıq və arıçılıq sahəsində sahibkar və fermerlər üçün mövcud imkanlar, dövlət dəstəyi mexanizmləri, maliyyələşmə, sığorta, məşğulluq və digər məsələlər barədə məlumatlar verilib.