
Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Çıxışlar zamanı mövzunun aktuallığı vurğulanıb, uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında ailə və məktəbin birgə fəaliyyətinin əhəmiyyətindən bəhs edilib. Həmçinin yeniyetmələrin sosial mühitə uyğunlaşması, onların hüquqlarının qorunması və sağlam gələcək naminə cəmiyyətin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.