
Rayonumuzda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Culfa şəhərinin Heydər Əliyev prospekti və Elşad Nağıyev küçəsində yerləşən yaşıllıq sahələrinin suvarma sistemi yenilənir. Görülən işlər nəticəsində Culfa 1 nasos xəttindən ümumilikdə 300 metr məsafəyə 63 mm-lik plastik borularla yeni suvarma xətti çəkilir. Yeni suvarma sisteminin qurulması həmin ərazilərdəki yaşıllıqların qorunması və daha səmərəli şəkildə suvarılması üçün əlverişli şərait yaradacaq. Bu infrastruktur yeniliyi yaşıllıq sahələrinin qorunmasına, şəhərimizin daha da gözəlləşməsinə və ekoloji balansın saxlanmasına mühüm töhfə verəcək.