Culfa şəhərində yaşıllıqların qorunması məqsədilə növbəti profilaktik tədbir həyata keçirilib.

Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin sağlamlığının qorunması və zərərverici həşəratların yayılmasının qarşısının alınması məqsədilə təşkil olunan tədbir Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutub. Tədbir çərçivəsində şəhərin prospekt, küçə və parklarında yerləşən yaşıllıq sahələri zərərvericilərə qarşı xüsusi preparatlarla dərmanlanıb. Görülən tədbirlərin əsas məqsədi zərərvericilərin yayılmasının qarşısını almaq, mövcud yaşıllıqları qorumaq və onların uzunömürlülüyünü təmin etməkdir.