Culfa şəhərində yaşıllıqların mühafizəsi məqsədilə dərmanlama işləri aparılıb

Ətraf mühitin qorunması, yaşıllıq sahələrinin sağlamlığının təmin olunması və zərərverici həşəratların yayılmasının qarşısının alınması məqsədilə Culfa şəhərində növbəti profilaktik tədbir həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Culfa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilən tədbir çərçivəsində şəhərin prospekt, küçə və parklarında yerləşən mövcud yaşıllıqlar ziyanvericilərə qarşı xüsusi preparatlarla dərmanlanıb.  Mütəxəssislər tərəfindən aparılan dərmanlama işləri zamanı ekoloji təhlükəsizlik və insanların sağlamlığı əsas götürülərək müvafiq sanitar norma və qaydalara ciddi əməl olunub. Tədbirin məqsədi zərərvericilərin yayılmasının qarşısını almaqla yanaşı, mövcud yaşıllıqların qorunması və uzunömürlülüyünün təmin olunmasıdır.