
Culfa Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, rayon ərazisində sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin Culfa Regional Mərkəzi tərəfindən Culfa şəhərindəki çoxmərtəbəli yaşayış binalarının zirzəmilərində dezinfeksiya və dezinseksiya tədbirləri görülür.
Qeyd olunan tədbirlər yaşayış binalarında təmizlik və sanitariya normalarının qorunması, eyni zamanda sakinlər üçün daha sağlam və təhlükəsiz mühitin formalaşdırılması üçün həyata keçirilir.