
Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi daim ehtiramla yad edilir, şəhid ailələrinə göstərilən dövlət qayğısı diqqətdə saxlanılır. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Culfa şəhərindən olan 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb və xatirələri ehtiramla yad edilib. Daha sonra rayon icra hakimiyyətinin başçısı şəhid Quliyev Kənan Vaqif oğlunun və şəhid Məmmədov Sənan Hidayət oğlunun ailələrini ziyarət edib. Şəhid ailələri ilə görüşlər zamanı Naim Cahidzadə onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.