
Culfa şəhər 3 nömrəli tam orta məktəbdə Culfa Rayon İcra Hakimiyyəti, YAP Culfa Rayon Təşkilatı, Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual oyun üzrə rayon birinciliyi baş tutub. 10 komandanın iştirak etdiyi yarışda Camaldın kənd tam orta məktəbin “Zirvə” komandası 1-ci, Ərəzin kənd tam orta məktəbin “Araz” komandası 2-ci, Culfa şəhər 2 nömrəli tam orta məktəbin “Qafqaz” komandası isə 3-cü yerin sahibi olublar.
Qalib və fərqlənən iştirakçılar diplom, medal və kubokla təltif olunublar.