Culfa şəhərində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci il dönümü münasibətilə anım mərasimi keçirilib

Sovet hakimiyyətinin Azərbaycan xalqının azadlıq səsini boğmaq üçün xüsusilə Bakı şəhərində əliyalın insanlara qarşı törətdiyi Qanlı Yanvar faciəsinin qurbanları Culfa Rayon İcra Hakimiyyətinin kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hüquq mühafizə orqanları, rayonun idarə, müəssisə əməkdaşları və ictimaiyyət nümayəndələri tərəfindən Culfa şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.