
Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Yarışın sonunda qalib komandaya kubok və diplomlar təqdim edilib.