
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Culfa şəhər 3-nömrəli və Yaycı kənd 2-nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Oyun Yaycı kənd komandasının üstünlüyü ilə başa çatıb.