
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göydərə kəndində “Qanunsuz tikililərin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbir zamanı qanunsuz tikintilərin qarşısının alınması, tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi və bu sahədə müəyyən olunmuş qaydalar barədə sakinlərə ətraflı məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.