
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti tərəfindən rayon mərkəzi və kənd yaşayış məntəqələrində abadlıq və yaşıllaşdırma istiqamətində işlər davam etdirilib. Görülən tədbirlər çərçivəsində yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, suvarma arxları təmizlənib, alaq otları biçilib, eyni zamanda mövcud yaşıllıq zolaqlarında suvarma işləri həyata keçirilib.