"Konstitusiya və Suverenlik İli" çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda genişmiqyaslı iməcilik aksiyası həyata keçirilib. Aksiyada idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
İməcilik zamanı rayon mərkəzində və kəndlərdə yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, mövcud yaşıllıqlar suvarılıb, yol kənarlarında abadlıq işləri aparılıb. Eyni zamanda kənd qəbiristanlıqlarında səliqə-səhman yaradılıb, məzarlıqların ətrafı alaq otlarından və kollardan təmizlənib.