Culfa rayonunda kənd təsərrüfatının siyahıyaalınmasına start verilib

İyul ayının 15-dən etibarən ölkə üzrə aparılan kənd təsərrüfatının siyahıyaalması Culfa rayonunda da həyata keçirilir. Siyahıyaalma işləri rayon üzrə müəyyən edilmiş əməkdaşlar tərəfindən intensiv şəkildə davam etdirilir. Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində dəqiq statistik məlumatların toplanması, mövcud təsərrüfatların fəaliyyət istiqamətlərinin, heyvandarlıq və əkinçilik potensialının real vəziyyətinin müəyyənləşdirilməsidir. 

Siyahıyaalma müddətində əməkdaşlar təsərrüfat sahibləri ilə görüşərək onların torpaq sahələri, heyvan sayı, istifadə olunan texnika və istehsal imkanları barədə məlumat toplayırlar. Bu prosesin səmərəli və şəffaf şəkildə aparılması üçün rayon üzrə bütün zəruri təşkilati işlər görülüb.

Qeyd edək ki, kənd təsərrüfatının siyahıyaalması 15 iyul – 15 avqust tarixlərini əhatə edir və bu müddət ərzində toplanan məlumatlar gələcəkdə ölkənin aqrar siyasətinin daha düzgün formalaşdırılması və dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi üçün əsas rol oynayacaq.