
"Konstitusiya və Suverenlik İli" çərçivəsində idarə və müəssisələrin əməkdaşlarının iştirakı ilə rayon ərazisində iməcilik aksiyası təşkil olunub. İməcilik çərçivəsində rayon mərkəzi və kəndlərdə mövcud yaşıllıq sahələrində aqrotexniki qulluq işləri aparılıb, ərazilər alaq otlarından və tullantılardan təmizlənib, suvarma tədbirləri həyata keçirilib.