
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı Əbrəqunus, Kırna, Bənəniyar, Saltaq və Göydərə kəndlərində heyvandarlıqla məşğul olan fermerlər üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə “Heyvanlarda profilaktik peyvəndləmənin əhəmiyyəti” və “Baytarlıq-sanitariya norma və qaydaları, bu qaydalara riayət etməyin fermerlər üçün əhəmiyyəti” mövzularında ətraflı məlumat verilib.