
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi: qanunvericiliyin tələbləri, idarəetmə xüsusiyyətləri və bələdiyyələrin səlahiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, həmçinin Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları iştirak ediblər. Tədbir zamanı bələdiyyə torpaqlarının idarə olunması, kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi sahəsində qanunvericiliyin tələbləri, idarəetmə xüsusiyyətləri və bələdiyyələrin səlahiyyətləri barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.