Culfa rayonunda aztəminatlı ailələrin müəyyən edilməsi və onlara ünvanlı dövlət sosial yardımın təyin olunmasına dəstək məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbir Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı və kənd icra nümayəndələrinin iştirakı ilə baş tutub.

Görüş zamanı vətəndaşlara ünvanlı dövlət sosial yardımın təyin olunma mexanizmləri, müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib.