
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə Culfa şəhər 2 nömrəli və Culfa şəhər 3 nömrəli tam orta məktəblərin şagirdlərinin Culfa Rayon Tarix-Diyarşünaslıq Mərkəzinə gəzintisi təşkil edilib.