Culfa Rayon Maliyyə şöbəsi aprel ayının 23-də "Büdcə Məlumat İdarəetmə Sistemi"nin (BMİS) tətbiqi ilə bağlı təlim keçib

Təlim zamanı iştirakçılara 2026-cı il və sonrakı üç il üçün büdcə proqnoz sənədlərinin hazırlanması, eyni zamanda qanunvericiliyə uyğun olaraq BMİS-ə işlənməsi qaydaları izah olunub. Təlimdə Culfa rayonunda fəaliyyət göstərən büdcə və qeyri büdcə təşkilatlarının baş mühasibləri iştirak ediblər.