Culfa Rayon Mədəniyyət Sarayında şəhid Qasımov Hafis cavanşir oğlunun xatirəsinə yazılmış, müəllifi İsmayıl Ağayev olan “Şəhid leytenantın ömür yolu” adlı kitabın təqdimat mərasimi keçirilib

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə şəhid Emin Sadıqovun anası Gülşad Rüstəmova, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ruslan Cəfərov, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Naib Cəfərov, Vətən müharibəsi iştirakçısı Ceyhun Bayramov, kitabın müəllifi İsmayıl Ağayev, şəhidin müəllimləri, kursant yoldaşları və valideynləri çıxış edərək Hafis Qasımovun həyat və döyüş yolundan bəhs edib, onunla bağlı xatirələrini iştirakçılarla bölüşüblər. Tədbirin bədii hissəsində Culfa Regionla Mədəniyyət İdarəsinin əməkdaşları və Camaldın kənd tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiyalar nümayiş olunub. Sonda qonaqlara kitab təqdim olunub, xatirə şəkli çəkdirilib.