Culfa Rayon Mədəniyyət Sarayında 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçovun əmri ilə sovet ordusunun Azərbaycanda törətdiyi qanlı faciə haqqında ətraflı məlumat veriblər. Qeyd olundu ki, 20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.