Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ləkətağ və Boyəhməd kəndlərində su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Culfa rayon Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Bələdiyyə sədri, kənd icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər. 

Görüşdə kənd təsərrüfatında, məişətdə və gündəlik həyatda suya qənaətin vacibliyi vurğulanıb və qeyd olunub ki, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi sudan səmərəli istifadədə əhəmiyyətli rol oynayır.