
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xaliq Əbülfəz oğlu Məmmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Medal Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova tərəfindən təqdim edilib. Sara Hüseynova təqdimat mərasimində qeyd edib ki, dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyət göstərən şəxslərin mükafatlandırılması ölkə başçısının dövlətçilik prinsiplərinə sadiq, vətəndaşlara ləyaqətlə xidmət edən kadrlara verdiyi önəmin göstəricisidir.
Xaliq Məmmədov göstərilən etimada görə Prezidentə təşəkkürünü bildirib, bu mükafatın onun üçün böyük məsuliyyət və stimul olduğunu vurğulayıb.
Culfa Rayon İcra Hakimiyyəti kollektivi adından “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Xaliq müəllimi və bütün dövlət qulluqçularını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!