
Avqustun 5-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 avqust tarixli sərəncamı ilə Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə kollektivə təqdim olunub. Təqdimat mərasimlərində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni təyinatla bağlı sərəncamını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.