
Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının davamı olaraq Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə qazilər Əhmədov Məhəmməd Əkbər oğlunun və Tağıyev Tural Məmmədrza oğlunun yaşayış ünvanlarında olub. Görüş zamanı qazilərin həyat şəraiti ilə tanış olan rayon rəhbəri onların gündəlik yaşayışında qarşılaşdıqları çətinliklər və sosial vəziyyətləri ilə maraqlanıb. Səmimi şəraitdə keçən görüşlərdə qazilərin fikir və təklifləri dinlənilib, onları narahat edən məsələlərin diqqətdə saxlanılacağı vurğulanıb. Rayon rəhbəri bildirib ki, Vətənimizin müdafiəsində şücaət göstərmiş qazilərə ehtiram və qayğı göstərilməsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.