Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qızılca kəndinin Vətən müharibəsi şəhidi Rzayev Kənan Əbdürrəhman oğlunun məzarını ziyarət edib

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Naim Cahidzadə şəhid Kənan Rzayevin anası Əhmədova Bahar Mirzə qızını 70 illik yubileyi münasibətilə evində ziyarət edib. Şəhid anasını yubileyi münasibətilə təbrik edən rayon rəhbəri ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıb. Görüş zamanı vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsi hər zaman uca tutulur və qəlbimizdə əbədi yaşayacaqdır. Görüş zamanı şəhid ailəsinin sosial ehtiyacları və qayğıları dinlənilib, dövlət tərəfindən hər zaman dəstək göstərilməyə davam ediləcəyi qeyd olunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər. Daha sonra Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qızılca kəndində kənd sakinləri tərəfindən tikilməsi nəzərdə tutulan mərasim evinin yerinə baxış keçirib.