
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Polis Şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə çıxış edənlər uşaq əməyindən istifadə hallarının təhlükəli nəticələrindən bəhs edərək, bu cür halların həm hüquqi, həm də sosial baxımdan yolverilməz olduğunu vurğulayıblar. Maarifləndirmə tədbirində uşaq hüquqlarının qorunması, erkən yaşda əmək fəaliyyətinə cəlb olunma hallarının qarşısının alınması, valideyn məsuliyyəti və hüquqi mexanizmlər barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbirdə həmçinin rayonda bu istiqamətdə görülən işlər və mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.