Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Çıxış edənlər bildiriblər ki, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) haqları hesabına ödənilən müavinət sənədlərinin düzgün hazırlanması və  www.e-gov.az elektron hökumət portalı üzərindən təqdim olunması qaydaları izah edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı ilə 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarla təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müvafiq dəyişikliklər barədə ətraflı məlumat verilib. 

Tədbir çərçivəsində həmçinin Dövlət Vergi Xidmətinə təqdim olunan vahid bəyannamələrdə MDSS ödənişləri üzrə ilkin və dəqiqləşdirilmiş məlumatların düzgün tərtibi məsələlərinə aydınlıq gətirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.