Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq keçirilən görüşdə kənd sakinləri ilə yanaşı, icra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəsissə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Qəbulda sakinlərin ümumi problemləri müzakirə edilib, təklifləri dinlənilib. Əsasən yol, su və məşğulluq problemləri barədə səsləndirilən məsələlərə məsul şəxlər tərəfindən qanunamüvafiq izah verilib. Həlli vaxt tələb edən problemlər nəzarətə götürülməklə, aidiyyəti üzrə tapşırıqlar verilib.