
Culfa şəhər 3 nömrəli tam orta məktəbində sağlam həyat tərzinin təbliği, yeniyetmələrin idmana olan marağının artırılması və istedadlı idmançıların aşkara çıxarılması məqsədi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq və yeniyetmələr arasında cüdo üzrə Culfa rayon birinciliyi təşkil olunub. Yarış Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Turnirin yekununda fərqlənən və qalib gələn idmançılara diplom və medallar təqdim olunub.