
Camaldın kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kənd ictimaiyyətinin, şəhid ailələrinin və məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda göstərilən şücaət və fədakarlıqdan bəhs ediblər. Qazanılan tarixi Zəfərin xalqımızın milli birliyinin və mübarizə əzminin təcəssümü olduğu vurğulanıb. Sonda məktəblilər tərəfindən Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.