
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş faciə haqqında ətraflı məlumat veriblər.