
“Sülh sazişinin paraflanması burada dünyada birinci nömrəli paytaxtda və möhtəşəm prezidentin iştirakı ilə həyata keçirilir. Bu, o deməkdir ki, burada heç bir şübhə olmamalıdır. Baş nazir Paşinyan və ya mən əgər geriyə addım atmaq fikrində olsaydıq, bura gəlməzdik. Tam əmin ola bilərsiniz ki, Azərbaycan xalqı və icması üçün burada baş verənlər əbədi, uzunmüddətli sülhə gətirib çıxaracaq.”