
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Əbrəqunus kəndində səyyar vətəndaş qəbulu keçirib. Qəbul zamanı Naim Cahidzadə Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib, proqram çərçivəsində rayonda həyata keçirilən tədbirlər və görülən işlər barədə məlumat verib. Daha sonra kənd sakinlərinin müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Sakinlər müraciətlərinin dinlənilməsi və problemlərinin yerində müzakirəsi üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.